Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.05.2024 16:02
  • A-
  • A
  • A+

Biofizika İnstitutunun Elmi şurasının iclası keçirilib

Biofizika İnstitutunun Elmi şurasının iclası keçirilib

Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü Oktay Qasımovun sədrliyi ilə keçirilən iclasda ETN Biofizika İnstitutunun ştatında olan vakant yerləri tutmaq üçün keçirilmiş müsabiqənin səsvermə sonrası nəticələri açıqlanıb. Nəticəyə görə Hüceyrə siqnalının ötürülməsi laboratoriyası üzrə,laboratoriya müdiri vəzifəsinə b.ü.f.d., dos. Taleh Yusifov, Fiziki-kimyəvi stress faktorlarının biofizikası laboratoriyası üzrə laboratoriya müdiri vəzifəsinə b.ü.f.d., dos. Sevinc Cəfərova təyin edilib.

Sonra ETN Biofizika İnstitutunun fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorant və dissertantlarının attestasiya nəticələri təsdiq edilib. Biofizika İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə dissertantı Aidə Məmmədzadəyə möhlət verilməsi müzakirə olunaraq təsdiq edilib. Biofizika İnstitutunda 2406.02 - Biokimya ixtisası üzrə fəlsəfə doktoru imtahanının proqramı müzakirə olunaraq, qəbul edilib.

Daha sonra Biofizika İnstitutunun nəzdindəki laboratoriyaların elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı 2024-cü il üzrə yarımillik hesabat üzrə tapşırıqlar müzakirə olunub. Məsələ ilə bağlı institutun elmi katibi b.ü.f.d., dos. Florida Mehrəliyeva çıxış edərək, 20 iyun 2024-cü il tarixinədək müvafiq hesabatların hazırlanması ilə bağlı laboratoriya rəhbərlərinə məlumat verib.

Sonda Biofizika İnstitutunun Molekulyar və hüceyrə biokimyası laboratoriyasının Əsasnaməsi müzakirə olunaraq, əsas kimi qəbul edilib və digər laboratoriyalara da sözügedən formada hazırlanması tövsiyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: