Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Hərbi İnstitutda “Kitabın gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə təsiri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Heydər Əliyev adına Hərbi İnstitutun rəhbər heyəti və kursantları, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Yasamal şöbəsinin əməkdaşı mayor Rüfət Mustafayev, MEK-in direktor müavini Oruc Quliyev, yazıçı Hacı Nərimanoğlu və MEK-in Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü iştirak ediblər.
Öncə Heydər Əliyev adına Hərbi İnstitutun rektoru, Vətən müharibəsi qəhrəmanı polkovnik Nizami Mövlanov çıxış edərək tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib və müstəqil Azərbaycanın ordu quruculuğundan danışıb. Çıxışı zamanı rektor Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələrinin qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildiyini və Ali Baş Komandanın əmrlərinə daim hazır olduqlarını böyük əminliklə vurğulayıb.
Mütaliənin müasir cəmiyyətin inkişafında müstəsna rolundan danışan MEK-in Elektron xidmətlər və informasiya resursları üzrə direktor müavini Oruc Quliyev sağlam cəmiyyətin və mütaliə mədəniyyətinin formalaşmasında kitabxanaları mühüm mərkəz adlandırıb.
Tədbirdə iştirak edən yazıçı Hacı Nərimanoğlu öz növbəsində gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində kitabların əhəmiyyətini diqqətə çatdırıb.
Ardınca MEK tərəfindən Heydər Əliyev adına Hərbi İnstituta vətənpərvərlik mövzusunda dəyərli kitablar hədiyyə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.