Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.07.2024 12:51
  • A-
  • A
  • A+

Akademik Fikrət Əliyevin baş redaktoru olduğu elmi jurnalın təsir əmsalı yüksəlib

Akademik Fikrət Əliyevin baş redaktoru olduğu elmi jurnalın təsir əmsalı yüksəlib

Beynəlxalq İnformasiya Agentliyi “Clarivate Analitics” hesabatına əsasən, Türk Dünyası Riyaziyyat Cəmiyyətinin və Bakı Dövlət Universitetinin (BDU) “Web of Science” bazasında indekslənən “TWMS Journal Pure and Applied Mathematics” elmi jurnalının impakt faktoru 3.6 olub.

Hazırda jurnalın 5 il üzrə orta impakt faktoru 2.1 təşkil edir.

Jurnal dünyada “Web of Science” bazasında “Riyaziyyat” kateqoriyası üzrə indekslənən 489 beynəlxalq nəşr arasında 6-cı yerdə, “Tətbiqi riyaziyyat” kateqoriyası üzrə isə 331 beynəlxalq nəşr arasında 8-ci yerdə qərarlaşıb.

BDU-nun nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda nəşr olunan jurnalın indiyə qədər 29 nömrəsində 290-dan artıq məqalə dərc edilib.

Qeyd edək ki, 2015-ci ildə jurnal “Clarivate Analitics” Beynəlxalq İnformasiya Agentliyinin “Emerging Sources Citation Index“, 2020-ci ildə isə “Science Citation Index Expanded” bazasına daxil edilib. Jurnalda dərc olunan məqalələr “MatReviews”, “Zentrablatt” kimi bazalarda arxivlənir.

Nəşrin baş redaktoru BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru akademik Fikrət Əliyevdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: