Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Applied and Computational Mathematics” jurnalı Avropa və MDB ölkələrindəki nəşrlərin JIF Rank siyahısında öz liderliyini qoruyur
02.07.2024 14:35
  • A-
  • A
  • A+

“Applied and Computational Mathematics” jurnalı Avropa və MDB ölkələrindəki nəşrlərin JIF Rank siyahısında öz liderliyini qoruyur

“Clarivate Analitics” Agentliyinin hesabatına əsasən, Bakı Dövlət Universitetinin (BDU) “Web of Science” bazasında indekslənən “Applied and Computational Mathematics” jurnalının impakt faktoru 4.6, beş illik orta impakt faktoru 3.0-dır.

Jurnalın baş redaktorları BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru akademik Fikrət Əliyev və ETN-in İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasovdur.

Bu nəşr dünyada “Riyaziyyat, tətbiqi riyaziyyat” kateqoriyası üzrə agentliyin JIF Rank siyahısında 331 beynəlxalq jurnal arasında 2-ci yerdə qərarlaşıb. Jurnal Avropa və MDB ölkələrində çap edilən nəşrlərin JIF Rank siyahısında öz liderliyini qoruyur.

Qeyd edək ki, “Applied and Computational Mathematics” jurnalı 2008-ci ildə “Science Citation Index Expanded” siyahısına daxil edilib.

Jurnalın redaksiya heyətinə dünyanın 20-yə yaxın ölkəsini təmsil edən tanınmış alimlər daxildir.

Jurnalın indiyədək nəşr olunmuş 62 nömrəsində dünyanın 50-dən çox ölkəsini təmsil edən müəlliflərin 600-dək məqaləsi dərc olunub. İldə dörd nömrəsi işıq üzü görən jurnalda müasir tətbiqi və hesablama riyaziyyatının aktual problemləri üzrə əldə olunmuş ən son elmi nəticələr dərc edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: