Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

04.07.2024 17:20
  • A-
  • A
  • A+

Alman yazıçısı Herbert Votenin əsəri Nizami Muzeyinin əməkdaşlarının tərcümə və tərtibatında ictimaiyyətə təqdim olunub

Alman yazıçısı Herbert Votenin əsəri Nizami Muzeyinin əməkdaşlarının tərcümə  və tərtibatında ictimaiyyətə təqdim olunub

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Yeni və müasir Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin kiçik elmi işçisi Munisə İsmayılova alman tarixçisi, yazıçı və rəssamı Herbert Votenin “Magellanın dövri - aləm səyahəti” (Herbert Votte “Magellans Reise um die Welt – Die erste Weltumsegelung”) adlı romanını almancadan ana dilimizə tərcümə edib. Kitab yaxın günlərdə “Mücrü” nəşriyyatında işıq üzü görüb.

Əsər portuqal mənşəli dəniz səyyahı Ferraro Maqalyaeşin ağır və məşəqqətli dünya səyahətindən bəhs edir. İspaniyaya mühacirət edən səyyah uzun çətinliklərdən sonra Fernando Magellan adı altında yeni səhifə açır. Bu gün dünyada ilk dəniz səyahəti edən Magellanı tanımayan yoxdur.

Kitabın redaktoru Nizami Muzeyinin Məktəblilər və ictimaiyyətlə iş şöbəsinin elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Təbəssüm Muxtarovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: