Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.07.2024 11:50
  • A-
  • A
  • A+

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları tərəfindən yeni şəlalə qeydə alınıb

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları tərəfindən yeni şəlalə qeydə alınıb

2 iyul 2024-cü il tarixində aparılan ekoloji tədqiqatlar zamanı Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin əməkdaşı Elvin Qarayev tərəfindən Şəkinin Şin kəndindən 11 km şimalda, Şin çayının mənbəyinə yaxın və əsas sel ocaqlarından biri hesab edilən Haney qolu üzərində koordinatları 41°26′22″ N, 47°11′5″ E olan, dəniz səviyyəsindən 1894 metr hündürlükdə yerləşən, yerli əhali arasında “Şor şəlalə” adlandırılan şəlalə qeydə alınıb. Şəlalənin hündürlüyü 15.3 metr, eni 0.87 metr təşkil edir.  

Mərkəzin Ekoloji coğrafiya şöbəsinin müdiri c.ü.f.d. Qafqaz Ağabalayevin verdiyi məlumata görə, şəlalənin adı bugünədək heç bir elmi mənbədə qeyd olunmayıb.

Elvin Qarayevin yerli əhalidən aldığı məlumatlara əsasən, şəlalənin şor adlandırılmasının əsas səbəbi suyunun duzlu olması ilə bağlıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: