Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

02.07.2024 16:25
  • A-
  • A
  • A+

Türkiyənin “Kobikom telekommunikasiya” şirkətinin idarə heyətinin sədri MEK-də olub

Türkiyənin “Kobikom telekommunikasiya” şirkətinin idarə heyətinin sədri MEK-də olub

Bakıda səfərdə olan Türkiyənin “Kobikom telekommunikasiya” şirkətinin idarə heyətinin sədri Orxan Kirman AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynovla görüşüb.

MEK rəhbəri qonağı kitabxana ilə yaxından tanış edib.

Dəyirmi masa ətrafında davam edən görüşdə MEK-in direktoru dosent Hüseyn Hüseynov texnologiyanın sürətlə inkişaf etdiyi müasir dünyada rəqəmsal transformasiyanın bir zərurətə çevrildiyini vurğulayıb, kitabxananın daxili idarəetməsində proseslərin rəqəmsallaşdırılmasının vacibliyindən danışıb. Direktor mədəni mirasımızı texnologiyaya birləşdirərək daha geniş kütləyə çatdırmaqda rəhbəri olduğu kitabxananın xüsusi rolunu qeyd edib.

Kitabxana sektoru üçün inkişaf etdirdikləri rəqəmsal kommunikasiya həlləri barəsində ətraflı məlumat verən “Kobikom telekommunikasiya”sının idarə heyətinin sədri Orxan Kirman təqdim etdikləri şəbəkənin sadəcə idarəetmə üçün nəzərdə tutulmuş alətlər toplusu deyil, rəqəmsal transformasiyanın bütün meyarlarını əhatə edən kompleks həll olduğunu bildirib. Qonaq qeyd edib ki, sözügedən şəbəkə həm də rutin və təkrarlanan işləri sistemləşdirməyə və avtomatlaşdırmağa imkan yaradaraq əməkdaşların iş səmərəliliyinin artmasına yardımçı olur.

Görüş zamanı qarşılıqlı əməkdaşlıq haqqında fikir mübadiləsi də aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: