Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.07.2024 13:48
  • A-
  • A
  • A+

AMEA Azad Həmkarlar İttifaqının Rəyasət Heyətinin iclası keçirilib

AMEA Azad Həmkarlar İttifaqının Rəyasət Heyətinin iclası keçirilib

AMEA Azad Həmkarlar İttifaqının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclası giriş sözü ilə Azad Həmkarlar İttifaqının sədri s.e.ü.f.d., dosent Sənan Həsənov açıb. O, son dövrlər akademiyada həyata keçirilən yeniliklər, alimlər üçün yaradılan münbit şəraitdən və Akademiya rəhbərliyinin bu sahədə əməli dəstəyindən, eyni zamanda qarşıda duran vəzifələr haqqında danışıb. S.Həsənov çıxışında vurğulayıb ki, gənclərin öz peşəsinə mükəmməl yiyələnməsi dövlətimiz üçün, dövlətçiliyimiz vacib amildir.

S.Həsənov bildirib ki, 2023-cü ilin yekunlarına görə Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi Orxan Fəxrəddin oğlu Ağamirzəyev, ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işçisi Günel Ramiz qızı Əzimova, Arxeologiya və Antropologiya İnstitutunun böyük elmi işçisi Gülanə İlqar qızı Əliyeva AHİK İcraiyyə Komitəsinin müvafiq qərarı ilə təsis edilmiş “İlin peşəkar gənci” fəxri adına layiq görülüb. 

Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov yuxarıda adları çəkilən əməkdaşlara AHİK-in “İlin peşəkar gənci” nominasıyasının diplomunu, döş nişanını və mükafatını təqdim edib, qaliblərə gələcək həyatlarında uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: