Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

MEK-in tərtibatında görkəmli şərqşünas alim Məşədixanım Nemətin biblioqrafik göstəricisi nəşr olunub
31.07.2024 14:48
  • A-
  • A
  • A+

MEK-in tərtibatında görkəmli şərqşünas alim Məşədixanım Nemətin biblioqrafik göstəricisi nəşr olunub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından görkəmli epiqrafikaşünas alim, tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, “Şöhrət” ordenli Məşədixanım Səədulla qızı Nemətin biblioqrafik göstəricisi işıq üzü görüb.

Vəsait alimin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətini, 1954-2013-cü illərdəki elmi əsərlərinin biblioqrafiyasını, həmçinin alim haqqında yazılmış mənbələri əhatə edir.

Görkəmli epiqrafikaşünas alim Məşədixanım Nemətin anadan olmasının 100 illiyi münasibətilə AMEA Rəyasət heyətinin qərarına müvafiq olaraq tərtib edilən göstəricinin elmi redaktoru tarix elmləri doktoru Vəfa Quliyeva, redaktoru MEK-in Biblioqrafik nəşrlər şöbəsinin müdiri Nərgiz Novruzova, tərtibçisi şöbənin əməkdaşı Türkan Vahidovadır.

Məşədixanım Nemətin 60 illik elmi fəaliyyəti dövründə 12-dən artıq monoqrafiyası, 200 elmi məqaləsi, 6 cildlik “Azərbaycanın epiqrafik abidələrinin toplusu” nəşr olunub.

Biblioqrafik göstərici tarixçilər, epiqrafika üzrə elmi-tədqiqat işi aparan alim və mütəxəssislər, ali məktəb müəllimləri və tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: