AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri fəlsəfə elmləri doktoru, professor Roida Rzayevanın “Şəbəkə sosiallığı və rəqəmsal reallıq diskursunda yeni media” məqaləsi nüfuzlu beynəlxalq “Elektrik sistemlər jurnalı”nda işıq üzü görüb.
Məqalə müasir dövrün çağırışları, şəbəkə sosiallığı və rəqəmsal reallıq kontekstində yeni medianın öyrənilməsinə, müasir siyasi fəaliyyətin əsas resursu kimi informasiyaya həsr olunub. Burada yeni sosial və kommunikativ münasibətlərdən, dövlət idarəçiliyində siyasi prosesləri proqnozlaşdıran analitikadan və onların modelləşdirilməsindən, müasir dövlətlərin milli informasiya təhlükəsizliyinin təmin edilməsində müasir siyasi idarəetmənin mühüm komponenti kimi şəbəkə informasiya müharibəsindən bəhs edilir. Məqalədə rəqəmsal resursların geosiyasi mahiyyəti, informasiya məkanında simvolik mədəni kapitalın strateji geosiyasi əhəmiyyəti, “rəqəmsal məzmun” fabriklərinin yaranması, mənbələri rəqəmsal şəbəkələr olan sosial biliklərin təkmilləşdirilmiş forması kimi “Big data” və s. kimi məsələlər təhlil edilir.
Qeyd edək ki, “Elektrik sistemlər jurnalı” Scopus və ISI Thomson Reuters kimi beynəlxalq məlumat bazalarında indekslənir. Jurnal müasir elmin bir çox sahələrini, o cümlədən informasiya texnologiyaları, kommunikasiya sistemləri, süni intellekt və s.-ni əhatə edən fənlərarası məqalələr dərc edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.