Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

05.09.2024 14:06
  • A-
  • A
  • A+

Tanınmış jurnalist Folklor İnstitutunun qonağı olub

Tanınmış jurnalist Folklor İnstitutunun qonağı olub

Tanınmış jurnalist “Tərəqqi” medallı, həmçinin Özbəkistanın jurnalistika sahəsində “Altın qalam” milli mükafatı laureatı, hazırda “Xalq qəzeti”nin Özbəkistan, Qırğızıstan, Tacikistan və Pakistan üzrə xüsusi müxbiri Qulu Kəngərli AMEA-nın Folklor İnstitutunun qonağı olub.

Folklor İnstitutunun direktoru vəzifəsini icra edən fil.ü.f.d., dos. Afaq Ramazanova qonağı səmimi qarşılayaraq, institutun fəaliyyəti, inkişaf perspektivləri barədə geniş məlumat verib.

Görüşdə institutun Elmi katibi fil.ü.f.d., dos. Elçin Abbasov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əli Şamil, Sənədlərlə iş şöbəsinin müdiri Afaq Mustafayeva, AMEA-nın Folklor İnstitutunun Həmkarlar Təşkilatının sədri fil.ü.f.d., dos. Aynur İbrahimova və bir qrup əməkdaş iştirak edib, türk xalqlarının mədəni irsi mövzusunda maraqlı fikir mübadiləsi aparılıb.

Qulu Kəngərli Daşkənddəki “Renessans press” nəşriyyatında azərbaycan və özbək dillərində işıq üzü görən, Mərkəzi Asiyada yaşayan tanınmış azərbaycanlıların həyatından bəhs edən “Keçmiş unudulmayanda tarixə dönür” adlı kitabını Folklor İnstitutunun kitabxanasına bağışlayıb.

Sonda qonağa institutda nəşr olunan kitablar, elmi jurnallar, disklər hədiyyə olunub və xatirə şəkilləri çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: