AMEA-nın Rəyasət Heyəti aparatının Mülki müdafiə şöbəsində seminar-məşğələ keçirilib.
Müki müdafiə şöbəsinin 2025-ci ilin Tədbirlər planına uyğun olaraq keçirilən seminar-məşğələdə şöbənin əməkdaşları və AMEA-nın elmi müəssisə və təşkilatlarının İnsan resursları şöbələrinin müdirləri və hərbi uçot, bronetmə işlərini aparan mütəxəssisləri iştirak ediblər.
Seminar-məşğələni giriş sözü ilə açan Mülki müdafiə şöbəsinin müdiri Nizami Vəliyev tədbir iştirakçılarına gündəlikdə duran məsələlər barədə məlumat verdi. N.Vəliyev bildirib ki, hərbi vəzifəlilərin hərbi uçotunun aparılması, illik statistik hesabatın hazırlanması Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 9 avqust 2005-ci il tarixli Fərmanına və digər hüquqi-normativ sənədlərə əsaslanır. Bundan irəli gələrək AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tərəfindən imzalanmış AMEA Rəyasət Heyəti aparatında, elmi müəssisə və təşkilatlarda hərbi vəzifəlilərin hərbi uçotunun aparılması, illik statistik hesabatın hazırlanması haqqında 14 oktyabr 2024-cü il tarixli sərəncamında göstərilən tapşırıqların vaxtında və yüksək səviyyədə yerinə yetirilməsinə ciddi önəm verilməlidir.
Sonra şöbənin baş mütəxəssisi Bahar Həsənova AMEA-nın elmi müəssisə və təşkilatlarında hərbi uçotun aparılması, səfərbərlik zamanı və müharibə dövrü üçün təxsis (bron) edilməsi, illik statistik hesabatın hazırlanmasının qaydaları haqqında geniş məruzə edib. Çıxışını video-təqdimat üzərində quran B.Həsənova seminar iştirakçılarını işlərini vaxtında və qüsursuz həyata keçirmələri üçün təlimatlandırıb.
Sonda tədbir iştirakçıları institut və təşkilatlarda hərbi uçot, təxsis (bron) işinin təşkili və vəziyyəti haqqında məlumatlar təqdim edib və mövzu ətrafında suallar veriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.