Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları” kitabı işıq üzü görüb
09.09.2024 10:00
  • A-
  • A
  • A+

“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları” kitabı işıq üzü görüb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Şəxsi arxivlərin tədqiqi şöbəsinin böyük elmi işçisi Aytən Mustafanın (Aytən İmanova) tərtib edib nəşrə hazırladığı “Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları” kitabı işıq üzü görüb.

Kitabda yer alan ön sözün müəllifi də Aytən Mustafadır.

Kitabda XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının və fikir tarixinin görkəmli nümayəndələrindən biri olan Əbdürrəhim bəy Haqverdiyevin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan 9 saylı şəxsi arxivindən onun indiyə qədər ədəbi-mədəni mühitə tanış olmayan bəzi materialları - tarixi və ədəbi qeydləri, bəzi əsərləri, türk dili və türk teatr tarixi haqqında tədqiqatları orijinalda və rus dilindən tərcümə olunaraq oxuculara çatdırılmışdır.

Qeyd edək ki, yeni nəşrin elmi redaktoru mərhum mətnşünas alim fil.e.d. Paşa Kərimov, rəyçiləri Əməkdar elm xadimi fil.e.d., professor Məhərrəm Qasımlı və fil.e.d. Nailə Səmədovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: