Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Coğrafiya İnstitutunun alimlərinin məqaləsi yüksək reytinqli jurnalda dərc edilib
09.09.2024 14:28
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun alimlərinin məqaləsi yüksək reytinqli jurnalda dərc edilib

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometorologiyası şöbəsinin müdiri c. e. d. Səid Səfərov, böyük elmi işçi c.ü.f.d. Elnur Səfərov və Qazaxıstan Respublikasının Milli Müdafiə Universitetinin müəllimi, f.d. Emil Bayramovun həmmüəllifliyi ilə “Detection of upwelling events in the Caspian Sea using thermal satellite image processing“ adlı məqalə Web of Science bazasına daxil olan International Journal of Engineering and Geosciences jurnalında çap olunub.

Məqalə “Modis-Aqua” peyk məlumatlarından istifadə etməklə, Xəzər dənizində baş verən apvellinq hadisələrinin (okean qalxması) tədqiqinə həsr olunub. May-sentyabr aylarında baş verən apvellinq hadisələrinin yayılma arealları müəyyənləşdirilib, temperatur qradientləri hesablanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: