Çex alimləri bərpaolunan mənbələrdən artıq enerjini topalamağa imkan verən yeni texnologiya işləyib hazırlayıblar. Bu enerji daşıyıcılarından biri ekoloji cəhətdən təmiz hidrogendir. Tezliklə Çexiya Elmlər Akademiyasının Kimyəvi Proseslər İnstitutu tərəfindən işlənib hazırlanmış elektrolizator istifadəyə veriləcək.
Bu barədə elm müəssisəsinin məlumatında deyilir.
Yeni texnologiya karbon qazı emissiyasını azaltmağa və enerji xərclərini optimallaşdırmağa kömək edəcək. Elektrolizator prosesin sürətini artıracaq və xərcləri azaldacaq.
Yeni elektrolizatorun üstünlükləri arasında misli görünməmiş sürətli işə salınma vaxtı, qənaətcil quraşdırma, enerji təchizatından qənaətli istifadə daxildir.