Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.09.2024 14:38
  • A-
  • A
  • A+

“Yaşıl energetika üçün günəş elementləri” mövzusunda seminar keçirilib

“Yaşıl energetika üçün günəş elementləri” mövzusunda seminar keçirilib

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 – a həsr olunmuş seminar keçirilib.

Seminarda məruzəçi fizika üzrə fəlsəfə doktoru İtaliyanın Elettra Sincrotrone Trieste elmi mərkəzinin tədiqatçısı Zeynəb İbrahimpur “Effektiv günəş elementlərinin yaradılması üçün yeni üsul” mövzusunda apardığı tədqiqat işindən ətraflı çıxış edib. Zeynəb İbrahimpur nadir torpaq qatqılı şüşə üzərində apardığı tədqiqat işinin əsas üsullarından, aparılma qaydasından və nəticəsi barədə ətraflı məlumat verib.

Zeynəb İbrahimpurun məruzəsi seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb və çoxsaylı suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: