“Ədibin Evi” və Türk Mədəniyyəti və İrsi Fondunun ortaq layihəsi olan, yenicə işıq üzü görmüş “Mir Cəlal. "Nizami Gəncəvi dünyası" kitabının təqdimat mərasimi keçirilirib.
Türk Mədəniyyəti və İrsi Fondunun baş qərargahında keçirilən təqdimat mərasimində görkəmli yazıçılar, şairlər, ədəbiyyatşünaslar, eləcə də türk dünyasının Bakıdakı diplomatik korpusunun nümayəndələri və aparıcı media üzvləri iştirak ediblər.
Kitab "Türk dünyasının görkəmli şəxsiyyətləri" seriya nəşrlərinin bir hissəsidir. Bu seriyadan ilk nəşr Prezident İlham Əliyevin Sərəncamı ilə bu il 530 illik yubileyi qeyd edilən dahi şair Məhəmməd Füzuli haqqında "Heydər Əliyev və Məhəmməd Füzuli" kitabıdır.
Tədbirdə Mir Cəlal yadigarı, professor Hafiz Paşayev, Mir Cəlalın yetirməsi, AMEA-nın müxbir üzvü Təhsin Mütəllimov, Türk Mədəniyyəti və İrsi Fondu prezidenti Aktotı Raimkulova, Mədəniyyət nazirinin müavini Səadət Yusifova, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov və kitabın tərtibçisi Fərid Hüseyn çıxış ediblər.
Akademik Rafael Hüseynov tədbirdə Mir Cəlalın hələ 1940-cı illərdə yazılmış, XX yüzildə Azərbaycan Nizamişünaslığının təməl kərpiclərindən sayılası 5 məqaləsindəki köhnəlməyən məqamlar, həmin araşdırmaların bu gün də dəyərini saxlaması haqda düşüncələrimi bölüşüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.