Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.09.2024 09:45
  • A-
  • A
  • A+

Biofizika İnstitutunun Elmi şurasının iclası keçirilib

Biofizika İnstitutunun Elmi şurasının iclası keçirilib

Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli sərəncamına əsasən elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul müzakirə olunub. Qeyd olunub ki, elmlər doktoru hazırlığı üzrə qiyabi doktoranturaya 1 nəfər, institutun Hüceyrə siqnalının ötürülməsi laboratoriyasının müdiri, b.ü.f.d., dosent Yusifov Taleh Nəsib oğlunun qəbulu təsdiq edilib. Taleh Yusifovun həm elmi məsləhətçisi, həm də dissertasiyanın mövzusu səsvermə yolu ilə təsdiq edilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli sərəncamına əsasən fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul müzakirə olunub. Qeyd olunub ki, fəlsəfə doktoru hazırlığı üzrə qiyabi doktoranturaya 1 nəfər, Cəfər Nərminə Haqverdi qızının qəbulu təsdiq edilib. Cəfər Nərminənin həm elmi rəhbəri, həm də dissertasiyanın mövzusu səsvermə yolu ilə təsdiq edilib.

Sonra ETN Biofizika İnstitutunun Fiziki-kimyəvi stress faktorlarının biofizikası laboratoriyasının aparıcı elmi işçisi b.ü.f.d., dos. Mürsəl Dadaşovun 3-9 sentyabr 2024-cü il tarixlərində Türkiyəyə elmi ezamiyyəti ilə bağlı hesabatı, həmçinin Biofizika İnstitutunun Molekulyar və hüceyrə biokimyası laboratoriyasının kiçik elmi işçisi Banu Ağamalıyevanın 1 iyul 2024-cü il tarixindən - 16 sentyabr 2024-cü il tarixinədək Almaniyanın Münhen Universitetində tədqiqatlarının keçirilməsi ilə bağlı hesabatı dinlənilib.

Daha sonra Biofizika İnstitutunun elmlər doktoru hazırlığı üzrə doktorantı b.ü.f.d., dos. R.T.Quliyevanın attestasiyasının nəticəsi müzakirə olunub və səsvermə yolu ilə təsdiq edilib.

İclasda Biofizika İnstitutunun dissertantı Sevil Rəhmanovanın dissertasiya işinin mövzusunda dəyişiklik edilməsi və müvafiq elmi rəhbərin təyin edilməsi haqqında müzakirələr olunub. Müzakirə sonrası, dissertant Sevil Rəhmanovanın yeni dissertasiya mövzusu dəyişdirilərək təsdiq edilib, həmçinin müvafiq elmi rəhbər b.ü.f.d., dos. Mürsəl Dadaşov təyin edilməsi qərara alınıb.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: