Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.09.2024 09:42
  • A-
  • A
  • A+

Polşalı alimlər Coğrafiya İnstitutunun elmi seminarında təqdimatla çıxış ediblər

Polşalı alimlər Coğrafiya İnstitutunun elmi seminarında təqdimatla çıxış ediblər

Azərbaycanda qonaq olan polşalı alimlər - Jan Kochanowski Universitetinin Coğrafiya İnstitutunun  professoru  Dr. Mariya Görska-Zabielska  və Lodz Universiteti, Coğrafiya elmləri fakültəsinin Geologiya və geomorfologiya kafedrasının professoru Lyuçina Vaçeka-Kotkovskaya Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda olublar.

Qonaqlar əvvəlcə institutun elmi-tədqiqat şöbələri və kitabxana ilə tanış olublar. İnstitut rəhbərliyi ilə görüş zamanı tərəflər Coğrafiya İnstitutu ilə Polşanın adı çəkilən universitetləri arasında elmi əməkdaşlıq haqqında memorandum imzalanması üçün zəmin yarandığını qeyd ediblər. Görüş İnstitutun akt zalında davam edib.

Professor Dr. Mariya Görska-Zabielska “Scandinavian erratic boulders in NW Poland - geological heritage, conservation and geotourism promotion” (Şimali Qərbi Polşada Skandinaviya nizamsız daşları - geoloji irs, konservasiya və geoturizmin təbliği) mövzusunda təqdimatla çıxış edib.

Sonra tədbir iştirakçıları Prof. Dr. Lyuçina Vaçeka-Kotkovskayanın “Geology and geomorphology of central Poland” (Mərkəzi Polşanın geologiyası və geomorfologiyası) və “The main geotouristic atractions of the middle Poland” (Orta Polşanın əsas geoturistik atraksionları)   mövzusunda məruzələrini dinləyiblər. 

Maraqla dinlənilən məruzələr ətrafında fikir mübadiləsi aparılıb. Sonda tərəflər bir-birlərinə kitab və suvenirlər hədiyyə ediblər. 

Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: