Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.09.2024 11:42
  • A-
  • A
  • A+

Fizika İnstitutunda Anım Günü ilə bağlı tədbir keçirilib

Fizika İnstitutunda Anım Günü ilə bağlı tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda 27 Sentyabr-Anım Günü ilə bağlı tədbir keçirilib.

Öncə Vətən müharibəsinin şəhidləri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə institutun baş direktoru, akademik Arif Həşimov açıb. Alim bildirib ki, 27 sentyabr 2020-ci il Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazıldı. O, bu günün həm Vətən müharibəsinin başladığı gün, həm də Anım günü kimi qeyd olunduğunu vurğulayıb. A.Həşimov 2020-ci ilin sentyabrın 27-dən ermənilərin ölkəmizə qarşı başladığı növbəti hərbi təcavüzündən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamasından, döyüşlər zamanı rəşadətli ordumuzun göstərdiyi qəhrəmanlıq və şücaətindən danışıb. Bildirib ki, 44 günlük müharibə müddətində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda təkcə əsgər və zabitlərimiz deyil, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə ilə bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endiriblər.

O, çıxışının sonunda akademik Arif Həşimov işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunduğunu qeyd edib.

Anım tədbirində akademik Cavad Abdinov, fizika elmləri doktoru Vüqar Əliyev fizika üzrə fəlsəfə doktorları Zaur Süleymanov, Sitarə Bağırova, Lalə Əliyeva və Yeni Azərbaycan Partiyasının fəal üzvi, elmi işçi Bayram Xudayarov çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: