Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.09.2024 16:40
  • A-
  • A
  • A+

Döyüş meydanında yazılan tarix

Döyüş meydanında yazılan tarix

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi yad olunub.

Tədbirdə institutun əməkdaşları, qazilər, tələbələr iştirak ediblər.

İnstitutun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev bildirib ki, Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, 2020-ci il sentyabrın 27-də işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsi başlamışdır. Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında əldə edilən Zəfər dövlət-xalq birliyini, ölkəmizin hərbi gücünü bir daha təsdiqləyib, regional, eləcə də qlobal baxımdan ölkəmizin mövqeyini gücləndirib.

Qarabağ müharibəsi tarixi və Böyük Qayıdış hərəkatının müdiri tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayev “Azərbaycan ərazilərinin işğaldan azad edilməsi: 44 günlük müharibə”, baş elmi işçi tarix elmləri doktoru Nazim Məmmədov “İşğaldan azad olunmuş ərazilərdə dinc quruculuq və bərpa prosesi” adlı məruzələrlə çıxış edib, Azərbaycan tarixinə qızıl səhifə kimi yazılan 44 günlük Vətən müharibəsinin hərbi ilə yanaşı, siyasi, sosial, iqtisadi nəticələrini təhlil ediblər. Çıxışlarda qeyd olunub ki, 44 günlük müharibə milli həmrəyliyimizin, monolit birliyinin təntənəsidir, Azərbaycan oğulları döyüş meydanında xalqımızın qəhrəmanlıq tarixini yazıblar.

Tədbirin qonağı olan Vətən müharibəsi qaziləri də çıxış edərək, keçdikləri döyüş yolu ilə bağlı xatirələrini bölüşüblər.

Sonda Bakı Biznes Universitetinin tələbələri vətənpərvərlik, qəhrəmanlıq şeirləri səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: