Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.09.2024 17:30
  • A-
  • A
  • A+

Folklor İnstitutunda “Şəhidlər unudulmur” adlı anım tədbiri keçirilib

Folklor İnstitutunda “Şəhidlər unudulmur” adlı anım tədbiri keçirilib

27 sentyabr 2024-cü il tarixində AMEA-nın Folklor İnstitutunda Anım Günü ilə əlaqədar “Şəhidlər unudulmur” adlı tədbir keçirilib.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Folklor İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Xanım Mirzəyeva bu gün tarixi zəfərimizlə yekunlaşan Vətən müharibəsinin başlanmasından 4 il ötdüyünü bildirib. O, 44 günlük savaşın, bu savaşın sonunda əldə edilən Şanlı qələbənin əhəmiyyətindən danışıb, əsgər və zabitlərimizin göstərdiyi igidlikdən, xalqımızın əzm və iradə, birlik və həmrəylik nümayiş etdirməsindən söz açıb.

Sonra AMEA Folklor İnstitutunun mütəxəssisi Elmiyyə Abdullayevanın, elmi işçi Günay Oruczadənin çıxışları dinlənilib. Çıxışlarda Anım Gününün həm kədərli, həm də qürurverici bir gün olduğu, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan igid Vətən övladlarının xatirəsinin hər zaman xalqımızın qəlbimdə yaşayacağı vurğulanıb. 

Daha sonra institutun Elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasov çıxış edərək şanlı tariximiz olan Vətən müharibəsi müddətində xalqımızın nümayiş etdirdiyi birlikdən söz açıb. Ölkəmizin ərazi bütövlüyü, tarixi ədalətin bərpası uğrunda canları fəda etmiş şəhidlərimizin xatirəsinin həmişə ehtiramla yad ediləcəyini bildirib.

Tədbirdə 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş slayd və videoçarxlar nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: