Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.
Öncə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elmi müəssisənin baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov qeyd edib ki, Vətən müharibəsində qazanılan möhtəşəm zəfərin təfərrüatlarını, ən vacib məqamları təbliğ etmək, eləcə də şəhidlik zirvəsinə ucalan oğullarımızı tanıtmaq hər birimizin ümdə vəzifəsidir.
Tədbirdə, həmçinin ölkəmizin ərazi bütövlüyünün təmin olunmasından sonra işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işlərindən, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı və digər uğurlardan söz açılıb.
Tədbirə Şamaxı şəhərində yerləşən Şəhidlər xiyabanının ziyarəti ilə yekun vurulub, qəhrəman şəhidlərimizin məzarları üzərinə tər çiçəklər düzülüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.