Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Şərqşünaslıq İnstitutunun əməkdaşının məqaləsi Qazaxıstanda dərc olunub
02.10.2024 13:05
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunun əməkdaşının məqaləsi Qazaxıstanda dərc olunub

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin kiçik elmi işçisi Arzu Qasımovanın məqaləsi Qazaxıstanda nəşr olunan beynəlxalq “Endless Light in Science” jurnalında nəşr olunub.

“Dünyada və Türkiyədə sığorta tarixinin inkişafı” adlı məqalədə sığorta haqqında məlumat verilir, sığorta sisteminin məqsədlərindən, yaranmasından, müasir dünyada və Türkiyədə hazırkı vəziyyətindən bəhs edilir. Müasir sığorta Qərb dünyasında son formasını alsa da, bu təcrübənin köklərinin 1200-cü illərə gedib çıxlığı, ən məşhur sığortanın ilk nümunələrinin isə dəniz yolu ilə daşınan yüklərə dəyən zərərdən yarandığı vurğulanır. Qeyd edilir ki, inkişaf etmiş Qərb ölkələrində sığorta fenomeni yaxşı qurulub və iqtisadiyyatın əhəmiyyətli bir hissəsinə çevrilmiş olsa da, Türkiyə inkişaf etməkdə olan bir ölkədir. İnkişaf etməkdə olan ölkələrdə sığorta sektoru nisbətən zəif inkişaf edib və müxtəlif mədəni, sosial və siyasi fərqlərə malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: