“Qanun” nəşriyyatı tərəfindən keçirilən və dörd aydan artıq davam edən “Müasir Azərbaycan nağılları” müsabiqəsi başa çatıb.
Müsabiqənin nəticələri X Bakı Beynəlxalq Kitab Sərgisində açıqlanıb.
Müsabiqənin şərtlərinə cavab verən 64 nağılın mətni, müəllifləri gizli saxlanılmaqla, peşəkar yazıçılardan ibarət Ekspert komissiyası tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib.
AMEA-nın “Elm” nəşriyyatının direktor müavini Vüqar Haqverdiyevin qələmə aldığı nağıl müsabiqədə birinci yerə layiq görülüb.
Qaliblərə diplom, pul mükafatı və kitab-hədiyyə kuponları təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.