Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.10.2024 09:46
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü İlham Şahmuradov Avropa Biotexnologiya konqresində iştirak edib

AMEA-nın müxbir üzvü İlham Şahmuradov Avropa Biotexnologiya konqresində iştirak edib

Türkiyənin İstanbul şəhərində Avropa Biotexnologiya Tematik Şəbəkələri Assosiasiyası (ABTŞA; European Biotechnology Thematic Network Association, EBTNA; https://www.ebtna.eu/) tərəfindən təşkil edilən Avropa Biotexnologiya konqresi keçirilib.

15 ölkədən (Birləşmiş Krallıq, Avstriya, Fransa, Türkiyə və s.) 200 tədqiqatçının iştirak etdiyi konqresdə Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunun İnteqrativ Biologiya laboratoriyasının rəhbəri və Genetik Ehtiyatlar İnstitutunun Mərkəzi Məlumat Bazası qrupunun baş elmi işçisi, ABTŞA-nın Azərbaycan üzrə Milli Koordinatoru AMEA-nın müxbir üzvü İlham Şahmuradov “Məməlilərin və bitkilərin annotasiya olunmuş mRNT-lərindəki əlavə Açıq Oxuma Çərçivələri naməlum zülallar kodlaşdıra bilər” mövzusunda məruzə ilə çıxış edib, həmçinin elmi sessiyalardan birinə sədrlik edib.

Konqres zamanı bir sıra alimlərlə elmi əməkdaşlıq üzrə işgüzar müzakirələr aparılıb. ABTŞA-nın prezidenti, professor Munis Dündar, Azərbaycan alimlərinin bu təşkilatda daha geniş və fəal təmsil olunmalarını arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: