Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.10.2024 14:21
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyəti aparatının vitse-prezidentləri xidmətinin elmi katibi beynəlxalq konfransda məruzə edib

AMEA Rəyasət Heyəti aparatının vitse-prezidentləri xidmətinin elmi katibi beynəlxalq konfransda məruzə edib

AMEA-nın Rəyasət Heyəti aparatının vitse-prezidentlərin xidmətinin elmi katibi biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadə Rusiyanın Sankt-Peterburq şəhərində 14-16 oktyabr 2024-cü il tarixlərində beynəlxalq iştirakla keçirilən, V.V.Dokuçayev adına Mərkəzi Torpaqşünaslıq Muzeyinin 120 illik yubileyinə və Rusiya Elmlər Akademiyasının 300 illiyinə həsr olunmuş “Torpaq bilik obyekti və ilham mənbəyi kimi” mövzusunda Ümumrusiya elmi konfransının plenar sessiyasında “Torpaq-bitki örtüyünün yeni qiymətləndirmə metodu” adlı məruzə ilə çıxış edib.

Təqdim olunan məruzədə T.Qasımzadənin müəllifi olduğu torpaq və bitki örtüyünün eko-geobotaniki qiymətləndirmə metodu iştirakçı alimlərin böyük marağına səbəb olub, geniş müzakirələr aparılıb.

Konfransda müasir dövrdə torpaqşünaslıq elmi sahəsində mübahisəli məsələlər, nəzəri və praktiki problemlər araşdırılıb, elmi metodologiya, populyarlaşdırma üsulları və xüsusiyyətləri müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: