Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Dosent Günel Məlikli BDU-nun tələbələrinə Prezident İlham Əliyevin misilsiz fəaliyyəti ilə bağlı mühazirə deyib
18.10.2024 11:35
  • A-
  • A
  • A+

Dosent Günel Məlikli BDU-nun tələbələrinə Prezident İlham Əliyevin misilsiz fəaliyyəti ilə bağlı mühazirə deyib

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbələrinə “2003-cü il oktyabrın 15-də İlham Əliyev Azərbaycan Prezidenti seçilməklə ölkəmizin inkişafında yeni bir mərhələnin təməlini qoydu” mövzusunda mühazirə deyib.

Çıxışında Ulu Öndər Heydər Əliyevin strategiyası və qoyulan məqsədlərə çatması yolunun siyasi liderliyin nadir nümunəsi olduğunu söyləyib.

Mühazirədə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün, dövlət suverenliyinin tam təmin olunduğunu, torpaqlarımızın 30 illik işğaldan azad edildiyini qeyd edib. G.Məlikli 44 günlük Vətən müharibəsi və qısamüddətli lokal xarakterli antiterror tədbirləri ilə Qarabağ probleminin həllini tapdığını və son beş əsrdə dövlətçilik tariximizdə bundan böyük zəfərə imza atılmadığını bildirib: Bütün bunlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü sərkərdəliyindən xəbər verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: