Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.10.2024 10:06
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun əməkdaşı Türkiyədə beynəlxalq simpoziumda məruzə edib

Əlyazmalar İnstitutunun əməkdaşı Türkiyədə beynəlxalq simpoziumda məruzə edib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi, fil.ü.f.d. Sevinc Bayramova Türkiyənin Qars şəhərində keçirilmiş “Qafqazda İslam və mədəniyyət” adlı I beynəlxalq simpoziumda iştirak edib.

Azərbaycan, Rusiya, Amerika, Özbəkistan, Misir, Malayziya, İraq və bir sıra ölkələrdən alim və mütəxəssislərin qatıldığı simpoziumda əməkdaşımız “Orta əsrlərdə Azərbaycanın elmi mühiti və təbibləri” adlı məruzə ilə çıxış edib və təşkilatçı qurumların “Təşəkkürnamə”si ilə təltif olunub.

Qeyd edək ki, Beynəlxalq simpozium Qafqaz Universiteti, Azərbaycan İlahiyyat İnstitutu, Naxçıvan Dövlət Universiteti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türk Hava Yolları, Qars Şəhər Müftiliyi və Türkiyə Dəyanət Vəqfinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: