Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.10.2024 15:22
  • A-
  • A
  • A+

Akademik Zərifə Əliyeva adına liseydə iqlim dəyişikliyi mövzusunda maarifləndirici seminar keçirilib

Akademik Zərifə Əliyeva adına liseydə iqlim dəyişikliyi mövzusunda maarifləndirici seminar keçirilib

Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunun kiçik elmi işçisi Banu Ağamalıyevanın 24 oktyabr 2024-cü il tarixində Akademik Zərifə Əliyeva adına liseydə “Dünyanın gələcəyi, iqlim dəyişikliyi və ətraf mühit” mövzusunda seminarı keçirilib.

O, iqlim dəyişikliyinin səbəbləri və bu mövzuda mövcud statistik məlumatlar haqqında ətraflı danışaraq, iqlim dəyişikliyinin insan həyatı və ətraf mühit üzərindəki təsirlərini izah edib. Seminarda, həmçinin iqlim dəyişikliyinin yaratdığı ekoloji problemlər və onun insan sağlamlığına mənfi təsirləri geniş müzakirə olunub.

Banu Ağamalıyeva çıxışı zamanı qlobal istiləşmə, buzlaqların əriməsi, dəniz səviyyəsinin yüksəlməsi və ekstremal hava hadisələrinin artması kimi iqlim dəyişikliyinin konkret nəticələrini vurğulayıb. O, bu proseslərin kənd təsərrüfatına, su ehtiyatlarına, ekosistemlərə və insan sağlamlığına necə zərər vurduğunu izah edib.

Bununla yanaşı, Ağamalıyeva davamlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə yolları haqqında da məlumat verib. O, bərpa olunan enerji mənbələrinin (məsələn, günəş və külək enerjisi) istifadəsinin artırılması, enerji səmərəliliyinin yüksəldilməsi və təbii resursların daha səmərəli istifadəsi kimi tədbirlərin əhəmiyyətini vurğulayıb. Banu Ağamalıyeva, həmçinin qlobal iqlim razılaşmalarının və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin, habelə fərdlərin və cəmiyyətlərin bu istiqamətdəki məsuliyyətlərinin vacibliyini qeyd edib.

Seminarın sonunda iştirakçılar mövzu ətrafında suallar verib və iqlim dəyişikliyinə qarşı görülə biləcək əlavə tədbirlər barədə müzakirələr aparıblar. Bu seminar gənclərin ekoloji problemlər haqqında məlumatlılığını artırmaq və iqlim dəyişikliyi ilə mübarizəyə dəstək vermək məqsədini daşıyıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: