Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Elmi şurasının iclası keçirilib.
İnstitutun baş direktoru v.i.e biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənovanın sədrliyi ilə institutun yeni binasında keçirilən iclasda 8 laboratoriya 5 şöbə əməkdaşları hesabat veriblər. Laboratoriya və şöbələr il ərzində apardıqları elmi-tədqiqat işlərini slayd şəklində şura üzvlərininə təqdim ediblər.
İclas elmi müəssisənin 2024-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunub. İnstitutun laboratoriya və şöbələrinın il ərzində apardıqları elmi-tədqiqat işləri, beynəlxalq konfrans və seminarlarda iştirakı, elmi və elmi-təşkilati fəaliyyətləri və tədqiqatlar zamanı əldə etdikləri mühüm nəticələr slayd şəklində şura üzvlərinin diqqətinə çatdırılıb.
Daha sonra hesabat ətrafında geniş müzakirələr aparılıb, məruzəçilərə ünvanlanan suallar cavablandırılıb.
Sonda institutun baş direktor v.i.e., biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova müzakirələrə yekun vuraraq bir sıra məsələlər üzrə tapşırıq və tövsiyələrini verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.