YAP Yasamal rayon AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu üzrə ərazi partiya təşkilatının iclası keçirilib.
İclasda Zərifə xanım Əliyevanın doğum günü ilə bağlı keçirilən tədbirin nəticələri və partiya sıralarına daxil olmaq istəyən namizədlər haqqında məlumat verilib.
Tədbiri giriş sözü ilə YAP Yasamal rayon AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu üzrə ərazi partiya təşkilatının sədri tarix ü.f.d., dosent Aynur Hacıqədirli açıb. Sədr həm professor, həm də ictimai-siyasi xadim Əziz Əliyevin ailəsində yetişən Zərifə xanım Əliyevanın böyüdüyü mühitdən, Azərbaycan oftolmalogiya elminin inkişafına verdiyi töhfələrdən, Ümummilli Lider Heydər Əliyevlə birgə keçdiyi həyat yolundan, ona xas olan sadəlik, səmimilik, vətənpərvərlik hisslərindən söz açaraq bildirib: “Zərifə xanım haqqında xatirələrlə tanış olduğumuz zaman onun nə qədər sadə, səmimi və vətənpərvər bir xanım olduğu müsahiblərin gətirdiyi faktlardan aydın olur. Zərifə xanımın bu duyğuları aşılaması Azərbaycan torpaqlarını işğaldan qurtaran İlham Əliyev kimi vətənpərvər şəxsiyyətin yetişməsində böyük rol oynamışdır.”
Sonra sədr 24 aprel 2025-ci il tarixdə AMEA Rəyasət Heyəti, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, institutun YAP Təşkilatı, Qadınlar Şurası, Türk dünyası əlyazmalarının tədqiqi və Türkdilli əlyazmaların tədqiqi şöbələrinin birgə təşkilatçılığı ilə “Zərifə Əliyeva işığında: Qadın və dövlətçilik” mövzusunda keçirilmiş tədbirin nəticələri haqqında məlumat vermək üçün sözü YAP Yasamal rayon AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini fil.ü.f.d., dosent Lamiyə Rəhimovaya verib: “Dünənki tədbirdə Zərifə xanımın həyat və fəaliyyəti haqqında məruzələr və çıxışları dinlədik. Çıxışlara əsasən deyə bilərik ki, Zərifə Əliyeva milli-mənəvi dəyərləri ilə peşəkarlığını birləşdirərək cəmiyyətə nümunə olmuşdur. Onun fəaliyyəti göstərir ki, dövlətə xidmət yalnız vəzifə tutmaqla deyil, həm də vicdanla işləmək, insanlara sözün həqiqi mənasında faydalı olmaq və gələcək nəsillərə yol açmaqla olur. Onun fəaliyyəti eyni zamanda qadının dövlət idarəçiliyində, ictimai fikrin formalaşmasında nə qədər əhəmiyyətli ola biləcəyini sübut edir.”
Sonda iclasda YAP Yasamal rayon AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu üzrə ərazi partiya təşkilatına üzv olmaq istəyənlər haqqında məlumat verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.