Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.05.2025 12:14
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzinin Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə edilib

Şəki Regional Elmi Mərkəzinin Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə edilib

AMEA-nın Şəki Regional Elmi Mərkəzində növbəti Elmi şura iclası keçirilib.

Əvvəlcə Şəki REM-in direktoru f.ü.f.d., dos. Yusif Şükürlü iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib, gündəlik səsə qoyularaq qəbul edilib.

Gündəlikdəki ilk məsələ dosent Yusif Şükürlünün elmlər doktorluğu dissertasiya işinin müvafiq Elmi şuraya təqdim edilməsi haqqında olub və direktor dissertasiya işinin avtoreferatını təqdim edib. Avtoreferatın tərtibinin Ali Attestasiya Komissiyasının Avtoreferatların tərtibi qaydalarına uyğunluğu qeyd edilib.

Gündəlikdəki növbəti məsələ 2025-ci ilin aprel ayında AMEA-nın Rəyasət Heyətindən Şəki REM-ə daxil olmuş qərar və sərəncamların müzakirəsi barədə olub. Direktor müavini fil.e.d., dos. Kamil Adışirinov bu barədə məlumat verərək bildirib ki, aprel ayında daxil olan sərəncam və qərarlarla bağlı iki tədbir - Elm Günü ilə əlaqədar elmi-praktiki konfrans və “Üzeyir Hacıbəylinin musiqi dünyası” mövzusunda elmi-praktik konfrans icra edilib, növbəti aylarda digər tədbirlər də icra ediləcək.

Daha sonra iclasda cari məsələlər müzakirə edilib. “Şəki REM-də 2025-ci ildə nəşri nəzərdə tutulan kitablar haqqında” Kitabxana müdiri Günel Musayeva məlumat verib.

Elmi katib Vəfa Atayeva isə “Akademik Yaqub Mahmudovun 85 illik yubileyinə həsr edilmiş elmi-praktiki konfransın təşkil vəziyyəti haqqında” məlumatları diqqətə çatdırıb.

Həmçinin İnsan resursları şöbəsinin rəhbəri Ülviyyə Osmanova elmi-tədqiqat şöbələrinin rəhbərlərinin müsabiqə yolu ilə yenidən seçilməsi ilə bağlı çıxış edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.a

  • Paylaş: