Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.11.2024 10:12
  • A-
  • A
  • A+

Nizami Muzeyində elmi seminar keçirilib

Nizami Muzeyində elmi seminar keçirilib

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Mədəni irs və mənbəşünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Xatirə Bəşirlinin təqdimatı ilə elmi seminar keçirilib.

Elmi seminar Doktorantura və elmi inkişaf şöbəsinin böyük elmi işçisi, filologiya elmləri doktoru Könül Nəhmətovanın “Hekayənin üçhissəli strukturu: nəzəri əsasları və Azərbaycan dərsliklərində izahı” mövzusunda aparılıb. O, çıxış edərək Qərb filoloji yanaşmalarına əsasən hekayə janrının strukturunun nəzəri əsaslarını izah edib. Həmçinin hekayənin üç tərkib hissəsi, Aristotelin “Poetika” əsərində dramatik əsərin strukturu və Qustav Freytaq piramidasına nəzərən mülahizələrini şərh edib. Faktlara əsaslanan Könül Nəhmətova Azərbaycan dili dərsliklərində hekayənin üç tərkib hissəsinin bölgüsünün formal xarakter daşımasından da bəhs edib.

Mövzunun rus və türk dillərinin tədrisi kontekstində nəzərdən keçirilməsi muzey əməkdaşlarının marağına səbəb olub və fikir mübadiləsi aparılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: