AMEA-nın Gəncə Bölməsinin Rəyasət Heyətinin növbəti iclası olub.
Rəyasət Heyətinin iclasını giriş sözü ilə AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açıb. O, iştirakçıları müşavirənin gündəliyi ilə tanış edib.
AMEA Rəyasət Heyətinin 21 oktyabr 2024-cü il tarixli “AMEA-nın 2025-2030-cu illər üzrə İnkişaf Konsepsiyası və Yol Xəritəsi”nin hazırlanması, eyni zamanda iclasda müzakirə olunan bütün məsələlərin qərarın tələbləri ilə uyğun olmasının vacibliyi diqqətə çatdırılıb.
Həmin vəzifələr sırasında AMEA-nın strukturunun modernləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi, struktur-funksional, elmi-tədqiqat və elmi-təşkilati fəaliyyətin təkmilləşdirilməsi, o cümlədən, Gəncə Bölməsində bu fəaliyyətin müasir tələblər səviyyəsində qurulması, elmi idarəetmənin təkmilləşdirilməsi sahəsində tədbirlərin davam etdirilməsi, xüsusən, rəqəmsal texnologiyaların idarəetməyə tətbiq edilməsinin daha da genişləndirilməsi, elektron elmin inkişafı, “Elektron Akademiya”nın struktur-funksional baxımdan daha aktiv fazaya keçirilməsi, elmi fəaliyyətin yeni elmmetrik meyarlar əsasında qiymətləndirilməsinin təşkil edilməsi, kibertəhlükəsizlik tədbirlərinin təmin edilməsi və digər məsələlərin yer aldığı qeyd edilib.
Bu baxımdan, Bölmədə rəqəmsal texnologiyaların, xüsusən “Elektron Akademiya”nın hərtərəfli tətbiqi üçün zəruri tədbirlər üzrə Elektron xidmətlər şöbəsinin müdiri Fərhad Mirzəyev çıxış edib. O, AMEA-nın Gəncə Bölməsinin rabitə və kommunikasiya şəbəkəsinin hazırki vəziyyətinə toxunub, bu yöndə imkanların genişləndirilməsi, həmçinin rəqəmsal sistemlər, elmmetrik metodlar eləcə də süni intellektin tətbiqi imkanları haqqında məlumat verib.
Gündəlikdəki digər məsələ, AMEA-nın Gəncə Bölməsinin elmi müəssisələrinin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabatlarının keçirilməsi haqqında Elmi katib Günay Cəfərova çıxış edib. O, hesabatların konkret tarixləri haqqında şöbə və digər qurumları məlumatlandırıb.
İclasda müzakirə olunan növbəti məsələlər 2025-ci il üçün AMEA-nın Gəncə Bölməsində aparılacaq elmi-tədqiqat işlərinin planlaşdırılması, eləcə də həmin ildə keçiriləcək elmi konfranslar barədə olub. Bu məsələlər haqqında Nizami Gəncəvi Mərkəzinin direktoru, f.ü.f.d Əlimuxtar Muxtarov, Humanitar tədqiqatlar institutunun şöbə müdiri, f.ü.f.d Ruziyə Quliyeva, Diyarşünaslıq institutunun etnoqrafiya şöbəsinin müdiri, t.ü.f.d., dosent Samirə Qasımova məlumat veriblər.
İclasda, həmçinin 2024-cü il üçün AMEA-da fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri üzrə, eləcə də Bakı Ali Neft Məktəbində 6 dekabr 2024-cü il tarixində təşkil olunacaq “Dayanıqlı ətraf mühiti: Yaşıl enerjiyə keçid” konfransında iştirak haqqında Bölmənin sədr müavini, k.ü.f.d. Sara Əzizova çıxış edib.
İclasda cari işlərə dair digər məsələlər haqqında müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.