Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.11.2024 16:07
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunda Elmi şuranın Zəfər gününə həsr olunan iclası keçirilib

Polimer Materialları İnstitutunda Elmi şuranın Zəfər gününə həsr olunan iclası keçirilib

Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda Elmi şuranın Zəfər gününə həsr olunan iclası keçirilib.

Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İclası institutun baş direktoru AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov açaraq iştirakçıları gündəlikdə olan məsələlərlə tanış edib. Bəxtiyar Məmmədov 44 günlük müharibə və onun şərəfli nəticəsinin ölkənin tarixində böyük bir dönüş yaratdığını, Azərbaycan xalqının təkcə ərazi bütövlüyünü deyil, həm də milli qürurunu və mənliyini bərpa etdiyini vurğulayıb. Bu da Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasəti, hərbi bacarığı və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində həyata keçə bilib. Regionda lider ölkə statusunu qazanan və böyük quruculuq işlərinə start verən Azərbaycan qısa müddətdə inanılmaz uğurlara imza atıb. Sonra Poliefir- və polikarbonat materiallar lаbоrаtоriyаsının kiçik elmi işçisi Ülviyyə İsmayılova Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun qazandığı tarixi qələbədən söhbət açıb. İkinci Qarabağ müharibəsində əldə olunan zəfərin ordumuzun gücünün, xalqımızın birlik və həmrəyliyinin bariz təcəssümü olduğunu vurğulayıb.

İclasda Təhsil şöbəsinin müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Аlmаz Çələbiyеvа fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya qəbul olunan dissertantın fərdi iş planının müzakirə edilərək təsdiq edilməsi haqqında məlumat verib.

Sonra Polimer Materialları İnstitutunun Nanopolimer kompozitlər laboratoriyasının müdiri kimya elmləri doktoru, dosent Nüşabə Qurbanovaya 2318.01 – “Kompozit materialların kimyası və texnologiyası” ixtisası üzrə professor elmi adının verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında AAK-nın qarşısında vəsatət qaldırılması məqsədilə səsvermə keçirilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: