Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.11.2024 10:32
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzində seminar keçirilib

Şəki Regional Elmi Mərkəzində seminar keçirilib

AMEA-nın Şəki Regional Elmi Mərkəzində (REM) növbəti elmi seminar keçirilib.

Tədbirdə Mərkəzin Ekoloji biofizika şöbəsinin elmi işçisi Zərintac Şükürovanın “Saturnia pyri vəhşi ipəkqurdunun əsas yem bitkisi olan Prunus avium (gilas) ağacının zərərvericisi Stephanitis pyri həşaratının bioekologiyası və onunla mübarizə aparılması xüsusiyyətləri” mövzusunda məruzəsi dinlənilib.

Məruzəçi Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutu ilə AMEA-nın Şəki REM-i arasında qarşılıqlı elmi-tədqiqat müqaviləsi əsasında apardığı tədqiqat işinin gedişatı haqqında qısa hesabat xarakterli çıxış edib.

Zərintac Şükürova tumlu və çəyirdəkli meyvə bitkilərinin Stephanitis pyri (Fabricius 1775) zərərvericisinin bioloji təsnifatı, inkişaf mərhələləri haqqında məlumatları diqqətə çatdırıb, növün coğrafi arealında yayılması, zərərvermə potensialı, növün ekologiyasının təhlili haqqında geniş izah verib.

O, həmçinin ipəkçilikdə istifadə olunması məqsədi ilə yetişdirilən Saturniya pyri vəhşi ipəkqurdunun yem bitkisi olan bir sıra Rosaceae ailəsinə aid meyvə bitkilərinə ciddi ziyan vurduğunu və gələcəkdə bu ipəkqurdunun yem bazasına mənfi təsir ehtimalının yarana biləcəyini vurğulayıb.

Sonda məruzəçi bitkilərin Stephanitis pyri zərərvericisindən qorunması üçün aparıla biləcək profilaktik tədbirlər barədə söhbət açıb, təkliflərini verib.

Disskusiya xarakterli seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: