Hüseyn Cavidin Ev Muzeyində 8 Noyabr – Zəfər günü münasibətilə “Duydum şöhrətini bütün ellərdə, Zəfər dastanların gəzir dillərdə” (Hüseyn Cavid) devizi altında tədbir keçirilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və Vətən müharibəsində həlak olan həmvətənlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayan tədbiri giriş sözü ilə Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı açıb. O çıxış edərək bildirib ki, Ali Baş Komandan İlham Əliyevin dünya şöhrətli siyasəti nəticəsində 30 il işğal altında qalan torpaqlarımız düşmənlərdən azad edilib. Bu zəfərə gedən yolda şəhidlərimiz oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.
Daha sonra tədbiri muzeyin əməkdaşı Cəmilə Rzayeva, Günel Yəhyalı davam etdirib. Sonda xatirə şəkli çəkilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.