BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar olaraq Milli Azərbaycan Tarixi Muzeyində “Yaşıl dünya” adlı interaktiv dərs və master-klass keçirilib.
Dərsdə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbərləri və üzvləri iştirak ediblər.
İlk olaraq dərnək üzvlərinə H.Z.Tağıyevin ev-muzeyində ekskursiya aparılıb. Muzeyin yerləşdiyi bina və məşhur xeyriyyəçi H.Z.Tağıyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verilib. Ekskursiya zamanı binanın interyerində yer alan nəbati ornamentlər, binanın “Qış bağı”, həmçinin H.Z.Tağıyevin Bakının ekologiyasının abadlaşdırılması istiqamətində gördüyü işlərdən, onun təşəbbüsü ilə açılan Mərdəkan bağçılıq məktəbindən danışılıb.
Sonra iştirakçılar üçün intellektual oyun- kvest təşkil olunub.Tədbirin praktiki hissəsində isə buta formasında olan gips fiqurların rənglənməsi üzrə ustad dərsi keçirilib və sonda iştirakçılar pazllar qurub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.