Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimlərinin kitabı işıq üzü görüb
20.11.2024 13:52
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimlərinin kitabı işıq üzü görüb

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyev, k.e.d. Z.Ağayeva, k.ü.f.d. H.Rəfiyeva, elmi işçi S.Bayramova və k.ü.f.d. S.Məmmadovanın “Aluminosilicates, structure and application for environmental protection purposes” (“Alüminosilikatlar, quruluşu və ətraf mühitin mühafizəsi üçün tətbiqi”) adlı monoqrafiyası ingilis dilində  nəşr olunub.

Monoqrafiyada təbii alüminosilikat sorbentlərdən istifadə etməklə ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması probleminin həllinə dair tədqiqat işlərinin nəticələri təqdim edilir. Həmçinin bu sahədə ekoloji cəhətdən təmiz təbii materiallardan istifadənin analitik icmalı təqdim olunur. Alümosilikatların səthində baş verən sorbsiya prosesləri ətraflı öyrənilib. Atmosferə atılan zəhərli qazların təmizlənməsi üçün qurğunun modeli işlənib hazırlanmışdır.

Kitab ekoloji problemlər, təbii mineral xammal əsasında yeni yüksək effektiv sorbentlərin sintezinin işlənməsi və onların fiziki-kimyəvi xassələrinin öyrənilməsi ilə məşğul olan mütəxəssislər üçün maraqlı olmaqla yanaşı, bu sahədə tədqiqatlar aparan tələbələr, bakalavrlar və dissertantlar üçün də faydalı olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: