Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Professor Gülər Abdullabəylinin Varşavada kitabı işıq üzü görüb
20.11.2024 15:58
  • A-
  • A
  • A+

Professor Gülər Abdullabəylinin Varşavada kitabı işıq üzü görüb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri filologiya elmləri doktoru Gülər Abdullabəylinin “XIX əsr polyak ədəbiyyatında Azərbaycan mövzu və təəsüratları” monoqrafiyası Polşada çap olunan institut əməkdaşlarına məxsus ilk kitabdır.

Polyak dilində çap olunan kitab müəllifin anası Xanımana Əlibəylinin xatirəsinə ithaf olunub.

Monoqrafiyanın elmi redaktoru mərhum akademik Bəkir Nəbiyevdir. Nəşrin üz qabığında müəllif haqqında ətraflı məlumat da verilib.

Tədqiqat XIX əsr Azərbaycan klassik ədəbiyyatının nümayəndələri haqqındadır. Eyni zamanda polyaklar tərəfindən Azərbaycana həsr edilmiş əsərlər də kitaba daxil edilmiş, onlar da araşdırmaya cəlb olunmuşdur.

152 səhifəlik kitab giriş, üç fəsil və nəticədən ibarətdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: