Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Alimlər dəniz suyunda parçalanan plastik hazırlayıblar
25.11.2024 12:18
  • A-
  • A
  • A+

Alimlər dəniz suyunda parçalanan plastik hazırlayıblar

Yaponiyanın “Riken” Təbiət Elmləri İnstitutunun alimləri dəniz suyunda yüksək dayanıqlı və bioloji parçalana bilən yeni plastik növünün hazırlanması barədə məlumat yayıblar.

Mütəxəssislər bildiriblər ki, təkrar emal edilə bilən bu plastik ətraf mühitin çirklənməsini və dünya okeanında mikroplastikin yığılmasını azaltmağa kömək edir.

Yeni material supramolekulyar plastik adlandırılıb və bu, strukturları potensial geri çevrilə bilən, qarşılıqlı təsirlərlə qorunan polimerlərdir.

Tədqiqatların nəticələri “Science” elmi jurnalında dərc edilib.

Tədqiqata rəhbərlik edən Takuzo Aida bildirib ki, yeni plastik növü mikroplastik istehsal etmədən təkrar emala və bioloji parçalanmaya məruz qala bilər. O, həmçinin bu materialın çoxlu müxtəlif məqsədlər üçün istifadə edilə biləcəyinə də ümid etdiyini söyləyib.

bbc.co.uk

  • Paylaş: