Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Biologiyanın tədrisində oyun üsulları” kitabı nəşr olunub
26.11.2024 11:42
  • A-
  • A
  • A+

“Biologiyanın tədrisində oyun üsulları” kitabı nəşr olunub

Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun direktoru bilogiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova və Bəzək memarlığı laboratoriyasının müdiri dosent Şəlalə Gülməmmədovanın həmmüəllif olduqları “Biologiyanın tədrisində oyun üsulları” kitabı çapdan çıxıb.

“Biologiyanın tədrisində oyun üsulları” adlı vəsaitdə müxtəlif məzmunlu oyunlar toplanmışdır. Bu vəsait bioloji təhsilin inkişafına, təbiətə qarşı qayğıkeş olmağa, doğma vətənə məhəbbət hissi kimi vərdişlərin aşılanmasına və məktəblilərdə ekoloji mədəniyyətin formalaşmasına istiqamətlənmişdir.

Kitab orta məktəblər üçün ümumi biologiya proqramına uyğun vəsait kimi tərtib edilmişdir və biologiya dərslərində, dərnəklərində, bioloji mövzuda tədbirlərin, bayramların, müsabiqələrin, viktorinaların, olimpiadaların keçirilməsində geniş istifadə oluna bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: