Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.12.2024 10:29
  • A-
  • A
  • A+

“İnformasiya menecmenti və davamlı inkişaf” mövzusunda simpoziumun bölmə iclası MEK-də keçirilib

“İnformasiya menecmenti və davamlı inkişaf” mövzusunda simpoziumun bölmə iclası MEK-də keçirilib

Bakı Dövlət Universiteti, Türkiyənin Bartın Universiteti, Çankırı Karatekin Universiteti, Kastamonu Universitetinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “İnformasiya menecmenti və davamlı inkişaf” mövzusunda III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumunun ilk bölmə iclası AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) keçirilib.

MEK-in direktoru Hüseyn Hüseynov rəhbəri olduğu kitabxana haqqında iştirakçılara ətraflı məlumat verib.

Bölmə iclasında Azərbaycan, Türkiyə və Özbəkistanın 17 universitetini təmsil edən nüfuzlu alimlər, professorlar, gənc tədqiqatçılar, həmçinin Türkiyə Milli Təhsil Nazirliyinin, Mədəniyyət Nazirliyinin, bir sıra bələdiyyə kitabxanalarının, ölkəmizin kitabxana və muzey əməkdaşlarının sənəd menecmenti, informasiya logistikası, müəlliflik hüquqları və əlaqəli hüquqlar, kitabxana-informasiya fəaliyyəti, muzey, arxiv işi və bu kimi istiqamətlərdə məruzələri dinlənilib.

Bölmə iclasının sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Daha sonra qonaqlar Mərkəzi Elmi Kitabxana ilə tanış olaraq buradakı fondlar, guşələr və sənədlər haqqında məlumat alıblar, MEK-ə nəşrlər hədiyyə ediblər.

Xatırladaq ki, simpoziumun açılış mərasimi noyabrın 28-də Bakı Dövlət Universitetində keçirilib.

AzərTac

  • Paylaş: