Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı artaraq əsasən M sinif alışmalar baş vermişdir. Maksimal sinifli alışma 3912 oblastında baş vermiş X2.29 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq II radioemissiya, radiosiqnalların ötürülməsində R2-R3 səviyyəli fasilə və 10 sm-lik dalğa uzunluğunda radioalışmalar qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı artaraq 8 ləkə qrupunda 103 ləkə müşahidə olunur. Hesabat dövrü əzində bir neçə Tac Kütlə Atılmaları (TKA) baş verib, həmçinin böyük ölçüdə Tac dəlikləri müşahidə olunur.
Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.
Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 542 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 14 nT, radial istiqamətdə isə -8 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 493 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 11 nT, radial istiqamətdə isə -1.4 nT təşkil edir.
Hesabat dövründə geomaqnit qasırğası baş verməmişdir. Hal-hazırda geomaqnit sahəsinin fəallığını ifadə edən Kp indeksi 4-ə bərabərdir və kosmik hava aktivdir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (9-15 dekabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 60%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olması gözlənilir.
Günəş küləyinin müsbət qütblü Yüksək sürətli Tac Dəliyi Axınlarının təsiri ilə 9-11 dekabrda sürətlənəcəyi gözlənilir.
Geomaqnit sahəsinin müsbət qütblü Yüksək sürətli Tac Dəliyi Axınlarının təsiri ilə 9-11 dekabrda aktiv olacağı proqnozlaşdırılır. Geomaqnit qasırğası gözlənilmir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.