AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları Ulu Öndərin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan institutun direktoru t.ü.f.d., dosent Fərhad Quliyev bildirib ki, xatirəsini dərin hörmətlə andığımız Ulu Öndər Heydər Əliyev sovetlər dönəmində belə, dünyanın iri dövlətlərinin siyasi çevrələrində artıq SSRİ rəhbərliyində güclü siyasətçi və lider kimi tanınırdı. Ümummilli Liderin 1993-cü ildə hakimiyyətə qayıdışı dövlətimizin dünya xəritəsindən silinməsinin qarşısını aldı. Dövlətimizin müstəqilliyi və qüdrətlənməsi istiqamətində Heydər Əliyevin başladığı böyük mücadilə yolunu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev davam etdirərək siyasi və hərbi qələbələrə imza atdı.
Daha sonra Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının Arxeologiya və Antropologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri, t.ü.f.d., dosent Bəxtiyar Cəlilov, t.e.d., professor Hidayət Cəfərov, t.e.d., professor Qafar Cəbiyev, t.ü.f.d., dosent Bəhlul İbrahimli və t.e.d., professor Əsədulla Cəfərov çıxışlarında Ulu Öndər Heydər Əliyevin xalqımızın tələbi ilə respublikamızın siyasi rəhbərliyinə qayıdaraq böyük siyasi təcrübəsinə əsaslanıb öz müdrik siyasəti ilə dövlətimizi xaos və vətəndaş müharibəsindən xilas etdiyini, xalqın Ulu Öndərə olan dərin etimadını və sevgisini vurğulayıblar. Həmçinin tədbirdə Ulu Öndərin Azərbaycan elminə göstərdiyi diqqət və qayğıdan, arxeologiya sahəsinə xüsusi önəm verməsindən söz açılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.