AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məliklinin Bakı Dövlət Universitetinin 105 illik yubileyinə dair BDU-nun “Bakı Universiteti” qəzetində “Dahi lider Heydər Əliyev və Bakı Dövlət Universiteti” adlı məqaləsi çap olunub.
Məqalədə qeyd olunur ki, BDU-nun 50 illik yubileyində Ulu Öndər Heydər Əliyev çıxış edərək universitetin professor-müəllim heyəti qarşısında mühüm vəzifələrin durduğunu bildirib. Gənc alim Ulu Öndərin 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdışından sonra Bakı Dövlət Universitetində yenidən canlanma başladığını vurğulayıb. Təhsilə, inkişafa, sivilizasiyaya xüsusi önəm verən dahi liderin öz doğma ocağı saydığı Bakı Dövlət Universitetinə xüsusi qayğı ilə yanaşdığını qeyd edib.
“Bakı Dövlət Universiteti öz yubileyini 7 dəfə qeyd etmişdir – 1929, 1969, 1980, 1994, 2000, 2009 və 2019-cu illərdə. Yubileylərdən dördünün təşəbbüskarı və təşkilatçısı Ulu Öndər Heydər Əliyevdir”, - deyə məqalədə bildirilib. Həmçinin vurğulanıb ki, 1994-cü ildə Heydər Əliyev və 2009-cu ildə Prezident İlham Əliyev BDU-nun Fəxri doktoru adına layiq görülüb.
Gənc alim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Bakı Dövlət Universitetinin 100 illik yubileyinin böyük təntənə ilə qeyd edilməsinin BDU-nun müəllim və tələbə heyətinin böyük sevincinə səbəb olduğunu vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.