Ölkəmizdə könüllü qruplar tərəfindən “Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin yaradılması və mövcud məqalələrin zənginləşdirilməsi istiqamətində səmərəli fəaliyyətlərini uğurlu şəkildə davam etdirirlər.
Azərbaycan “Vikipediya” icmasının üzvləri Azərbaycan dilində olan məqalələrinin sayının çoxalması istiqamətində sistemli şəkildə çalışırlar.
Artıq Azərbaycan dili bölməsində məqalələrin sayı 200 mini keçib. Mövcud olan redakətlərin sayı 8 milyona çatmaqdadır. Bu ay redaktələrin sayının 8 milyona keçməsi gözlənilir. Diqqət çəkən məqamlardan biri də bu günlərdə “Vikipediya”nın Azərbaycan dili bölməsində dərinik (keyfiyyət) göstəricisi 50-yə yüksəlib. Bu, həm də onu göstərir ki, ortada keyfiyyətli iş əmsalı mövcuddur. Bu, həm də Azərbaycan dili bölməsinin digər dil bölmələri arasında mövqeyini gücləndiyini göstərir.
Həm də “Vikipediya”da məzmunlu, etibarlı istinadlar zəngin olan məqalələr yaradılır və zənginləşdirilir. Bu istiqamətdə Azərbaycan Milli Elmlər Akademiyasının könüllü “Vikipediya” qrupları öz töhfələrini verirlər.
Qeyd edək ki, bir neçə ildir AMEA institutlarının əməkdaşları üçün könüllü olaraq “Vikipediya” təlimləri keçirilir. Təlimlərin keçirilməsində məqsəd AMEA-nın elmi müəssisə və təşkilatlarında könüllü “Vikipediya” qruplarının formalaşdırılmasıdır. Son bir ildə isə AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada “Vikipediya” təlimləri təşkil edilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.