Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun Riyazi analiz şöbəsinin dosenti Mehriban Ömərovanın müəllifi olduğu məqalə işıq üzü görüb.
Məqalə “Journal of Mathematical Inequalities” (https://jmi.ele-math.com/volume/18) (WoS, IF-1.1) Q1 yüksək impakt faktorlu jurnalda dərc edilib.
“VMO əmsallı parabolik tənliklərin həllərinin parabolik çəkili Orlicz-Morrey fəzalarında qlobal requlyarlığı” adlı məqalədə parabolik sinqulyar və sinqulyar olmayan inteqral operatorlar və kommutatorlarının doğurduğu subxətti inteqral operatorların parabolik ümumiləşmiş çəkili Orlicz-Morri fəzalarında kəsilməzliyi araşdırılıb. Alınan qiymətləndirmələrdən kəsilən əmsallı xətti parabolik müntəzəm operator üçün Dirixle məsələsinin həllinin qlobal requlyarlığını öyrənmək üçün istifadə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.