AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yanvar ayında sonuncu sayı çapdan çıxıb.
Qəzetin ön səhifəsində “Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə. Prezident İlham Əliyev müşavirədə çıxış edib” başlıqlı icmal yer alıb.
Bugünkü sayda, ilk səhifələrdə AMEA-nın İctimai Elmlər Bölməsinin, Gəncə Bölməsinin, Yer Elmləri Bölməsinin, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin və Şəki Regional Elmi Mərkəzinin 2024-cü il üzrə illik hesabatlarının müzakirəsinə həsr olunmuş iclaslara dair yazılar təqdim edilib.
Bundan başqa, qəzetin bugünkü buraxılışında Milli Məclis yanında Toponimiya komissiyasının yeni tərkibdə ilk iclasına dair xəbər, AMEA-nın Gəncə Bölməsinin sədri akademik Fuad Əliyevin 75 illik yubileyi ilə bağlı məqalə, həmçinin 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Zəfərə aparan vətənpərvər gənclik” başlıqlı məqalə və professor Qafar Cəbiyevin konfransda “Makedoniyalı İskəndər və Azərbaycan: tarixi yaddaşdan bəzi etüdlər” adlı məruzəsi haqqında yazı verilib.
“Elm” qəzetinin 31 yanvar sayında “Beynəlxalq elmi əməkdaşlıq” və “Yeni elmi nəşrlər” rubrikaları altında elmi tədqiqatlar, alimlər arasında əməkdaşlıq təşəbbüsləri və elmi yeniliklər haqqında ətraflı informasiyalar dərc edilib.
Qəzetin rus və ingilis dili bölməsində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin iştirakı ilə keçirilən hesabat iclasları ilə bağlı icmallar və digər xəbərlər yer alıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.